Şəhidin anası çətin durumdadır — Qurumlardan kömək istədi
21 Aprel 2025, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
1301
21.04.2020, 22:58
Bəzi kommersiya bankları müştərilərdən kredit borclarını qaytarmağı tələb etməyə başlayıb. Pandemiya ilə bağlı Mərkəzi Bankın vəd etdiyi kredit tətilləri, güzəştlərdən xəbər çıxmayınca, yerli banklar SMS, telefon zəngi ilə müştəriləri borc öhdəliklərini xatırladır, karantin şərtlərini nəzərə almaqla onlayn ödəmə yolları təklif edirlər.
Oxu24.com “AzPolitika.info”-ya istinadla bildirir ki, vətəndaşların verdikləri məlumata görə, xüsusən ipoteka ödənişləri gecikənlər üçün həssas durum yaranıb. Müştərilər arasında iş yerini itirənlər, gəlirləri kəskin azalanlar çoxluq təşkil edir.
Məlumdur ki, özəl sektorda çalışanların böyük əksəriyyəti karantin şərtlərinə görə gəlirlərdən məhrum olub. Onların ümidi Mərkəzi Bank sədri Elman Rüstəmovun vəd etdiyi kredit tətillərinə, güzəştlərədir.
Xatırladaq ki, anti-böhran tədbirləri banketində bank sektorunun, habelə İpoteka, Kredit və Zəmanət Fondunun dəstəklənməsi nəzərdə tutulub. Belə ki, adıçəkilən Fonda əlavə 90 milyon manat ayrılması qərara alınıb. Bu vəsaitin təyinatına gəlincə, ondan indiyə qədər ipoteka krediti götürmüş vətəndaşlar yararlana bilməzlər.
Əsas hədəf daha çox ipoteka krediti verməklə Fondun fəaliyyətini, dolayısı ilə tikinti, əmlak bazarını stimullaşdırmaq yolu ilə həm də məşğulluğun dəstəklənməsini təmin etməkdir.
Ekspertlərə görə, bu mürəkkəb strategiyanın faydalı olacağı ağlabatan görünmür. Bütün hallarda vətəndaşların daha çox ipoteka kreditləri alması lazımdır ki, düşünülən plan effektli olsun. Hazırki gərgin sosial-iqtisadi vəziyyətdə, vətəndaşların gəlirlərinin kəskin azaldığı vaxtda hətta orta gəlirli insanların yeni borc yükünün altına girməsi inandırıcı deyil.
Pandemiyanın iqtisadi fəallığa vurduğu zərbə dalğavarı genişlənir və ondan zərər görən iqtisadi fəal əhalinin sayı da həndəsi silsilə ilə artır. Bu şəraitdə kredit yükü altında əzilən vətəndaşların müxtəlif güzəştlərlə dəstəklənməsi daha səmərəli olardı.
Həmçinin oxuyun
Hansı ki, inkişaf etmiş ölkələr, hətta Azərbaycanın qonşuları Türkiyə, Rusiya, Gürcüstan da belə dəstək mexanizmlərini geniş tətbiq edir. Vətəndaşlara 3-6 aylıq kredit tətilləri verilir, faiz dərəcələri endirilir, bank sektoruna maddi dəstək göstərməklə faizlərin bir hissəsindən vətəndaşlar azad edilir.
Azərbaycan Mərkəzi Bankı hələ aprel ayının əvvəlində belə bir güzəştlər paketi hazırladığını bəyan etsə də, hələlik ortalıqda bir nəticə yoxdur. Artıq aprel ayının ikinci ongünlüyü başa çatmaq üzrədir. Görünür, kommersiya banklarında krediti olan vətəndaşlara hansısa dəstəyin olması barədə ümidlər kəsildiyindən yeganə çıxış yolu kimi müştərilər sıxışdırmaqla borc öhdəliklərini geri almağı görürlər. Bunun nə qədər effektli olması da sual altındadır.
Əvvəla, doğurdan da əksər müştərilər ödəniş qabiliyyətini ya itiriblər, ya da ən azı bir neçə aylıq fasilə olmasa, itirmək zorunda qalacaqlar. Bu şəraitdə onları sıxışdırmağın faydası olmayacaq. Əksinə, zərəri daha çox ola bilər.
Karantin şəraitində qalan, işini, biznesini itirən on minlərlə vətəndaşı qəzəbləndirmək indiki həssas vəziyyətdə hökumətin maraqlarına uyğun deyil. Hökumət hazırda müxtəlif vasitələrləəhalini sosial vəziyyətini yüngülləşdirmək üçün tədbirlər görür, çıxış yolları axtarır.
Mərkəzi Bank da öz imkanları hesabına hökumətin səylərini dəstəkləməli, bank sektorunda yaranmış durumu sabitləşdirmək üçün addımlar atmalıdır. Nazirlər Kabineti bu məqsədlə büdcədən 600 milyon manatdan çox vəsait ayrılacağını elan edib.
Yaxşı olar ki, Azərbaycan Banklar Assosasasiyası müşətrilərin dəstələnməsi üçün yenidən Mərkəzi Banka müraciət edib təkliflər versin, güzəştlər paketini yubanmadan açıqlanmasını tələb etsin. Borclu müştərinin üstünə gəlmək daha asan görünə bilər, amma sonucda ən mürəkkəb problemləri belə düşünülməyən addımlar yaradır. Onları həll etmək isə artıq gec olur…
12:01 / 22 Aprel 2025
Zelenski dəfnə gedir
1
11:58 / 22 Aprel 2025
Trampdan şok açıqlama: Yaxın 3 gündə nə olacaq?
3
11:42 / 22 Aprel 2025
ABŞ-Çin qarşıdurması dərinləşir
11
11:41 / 22 Aprel 2025
Bu şəxslərin pensiyasına əlavələr EDİLƏCƏK – VACİB XƏBƏR
89
11:40 / 22 Aprel 2025
Macarıstan səssiz qalmaq istəyir
13
11:35 / 22 Aprel 2025
Qəzza üçün yeni sülh planı
12
11:25 / 22 Aprel 2025
Ərdoğanın oğlu Rusiya haqqında nə deyib? — Müsahibəsindən çıxarış
90
11:21 / 22 Aprel 2025
Göldən ata və iki azyaşlı övladının meyiti tapılıb
23
11:20 / 22 Aprel 2025
Bakıda qətl hadisəsi - Keçmiş məhkum tutuldu
23
11:15 / 22 Aprel 2025
Rusiyada sürücü ilə polis əlbəyaxa oldu — VİDEO
72
10:56 / 22 Aprel 2025
Kabab bişirirdilər,maşınlar yandı — VİDEO
54
10:54 / 22 Aprel 2025
Ata həyatını itirdi,oğlu yaralandı
28
10:52 / 22 Aprel 2025
Bakıda Yanaya qarşı əxlaqsızlıq edən sürücü həbs olundu
93
10:43 / 22 Aprel 2025
Allahın payı sanaraq Allahverdi adını veriblər — Milli Qəhrəmanın doğum günüdür
56
10:34 / 22 Aprel 2025
Kolleclərə yeni təyinatlar olub
28
10:32 / 22 Aprel 2025
Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
332
10:30 / 22 Aprel 2025
"Cəmiyyətimizdə çox vaxt qadınlar həmcinslərinə rəqabət, qısqanclıq, paxıllıq zəmnində böyüdülür" — Psixoloqla müsahibə
3610
10:16 / 22 Aprel 2025
31 min manat oğurlanıb
30
10:10 / 22 Aprel 2025
Tərbiyəsiz onun özüdür
32
10:00 / 22 Aprel 2025
Uşaqları öpərkən diqqətli olun
36
09:59 / 22 Aprel 2025
Güclü partlayış: Həyatını itirən var
911
09:50 / 22 Aprel 2025
“Həyat yoldaşımdan ayrılmaq istəyirdim”
32
09:40 / 22 Aprel 2025
Damarları açır, ürəyi gücləndirir
35
09:30 / 22 Aprel 2025
Wi-Fi-dəki təhlükə - Bu funksiyanı deaktiv edin, yoxsa...
39
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.